MÜƏSSİSƏ HAQQINDA
MƏHSULLAR
XƏBƏRLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQQINDA
AZE | РУС | ENG
Bentonit gili/
    Tərkibində ən azı 70% montmorillonit mineral qrupları olan gillərə bentonit gilləri deyilir.
   Montmorillonit - bu yüksək dispersiyalı təbəqə formalı, yüksək hidrofilli alminoslikat mineralıdır. Su ilə əlaqə yarandıqda montmorillonitin təbəqələri arasındakı boşluğa dolan su bu mineralın şişməsinə səbəb olur. Suyun əlavə olunmasını davam etdirdikdə tikstrop keyfiyətli, dayanıqlı, özülü bentonit məhlulu yaranır. Montmorillonit yüksək kation dəyişikliyinə və adsorbsiya etmə keyfiyyətinə malikdir.Yuxarıda qeyd olunan keyfiyyətlərinə görə bentonit gili geniş tətbiq sahələri tapmışdır. Belə ki, özülü - gel əmələ gətirmə və filtrasiyanın azaldılması xassəsindən istifadə edərək quyu və keçidlərin qazılmasında işlədilən qazma məhlularında, yapışqanlıq xassəsindən istifadə edərək dəmir filizi okatışının istehsalında, qəliblərin hazırlanmasında, hidroizolyator və adsorbsiyaedici material kimi istifadə edilir. Kənd təsərrüfatında bentonit gilindən yem istesalında, heyvandarlıq fermalarında döşəmə kimi, torpağın meliorasiyasında, həmiçinin şərabların və şirələrin duruldulmasında istifadə olunur. Bentonit gilindən ən keyfiyyətli pişik tualetlərinin hazırlanmasında doldurucu maddə kimi istifadə edirlər.

    Bentonit gilinin 200 -dən çox tətbiq sahəsi məlumdur.
    Bentonit gilinin ən yaxşı texnoloji xüsusiyyətlərindən biri montmorillonitin tərkibində dəyişən natrium kationlarının olmasıdır. MDB və Orta Asiya məkanında yerləşən bentonit mədənlərində natrium tərkibli bentonit yalnız Zakavkaziyadadır. Praktiki olaraq bütün Rusiya mədənlərində istehsal olunan bentonit gilləri kalsium - maqnezumludur. Tərkibi ən azı 70% montmorillonit olan belə gilləri alıcıcılıq kefiyyətinə çatdırmaq üçün susuzlaşdırılmış soda ilə aktivləşdirdikdən sonra təbii - natriumlu bentonit gilinə çatdırmaq olur. Həmiçinin tərkibi 30 - 60% montmorillonit olan gilləri də səhv olaraq bentonit adlandırırlar.
Copyright © 2016 Azrosprominvest! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır