MÜƏSSİSƏ HAQQINDA
MƏHSULLAR
XƏBƏRLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQQINDA
AZE | РУС | ENG
AZƏRBAYCAN HAQQINDA/
Azərbaycan haqqında / Coğrafi ərazisi / 
Azərbaycan Respublikası — Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşən dövlətdir. Paytaxt Bakı şəhəridir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, Türkiyə və cənubdan İran ilə həmsərhəddir.  Azərbaycan prezident respublikasıdır. Dövlət başçısı - prezident, 7 il müddətinə ümumxalq səsverməsi yolu ilə seçilir. Azərbaycanın paytaxtı – Bakı şəhəridir. Əhalisi 10 milyon nəfərdir. Şəhər əhalisi 51%, kənd təsərrüfatı 49% təşkil edir. Rəsmi dili - Azərbaycan dilidir. Əsas din İslamdır. İnzibati bölmələri-59 rayon və Naxçıvan Muxtar Respublikasıdır. Pul vahidi - manat.
 
Bütövlükdə Azərbaycan şərq yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya, demək olar ki, Azərbaycanla eyni üfüqi istiqamətdə yerləşir. Azərbaycan ərazisindən Avropada
n Mərkəzi və Şərqi Asiya ölkələrinə beynəlxalq aparıcı əhəmiyyətli bir sıra yollar keçir. Avropa və Asiyanın kəsişməsində olan ölkə qədimdən unikal geosiyasi və coğrafi mövqeyə malik olub və bu gün beynəlxalq və iqtisadi mədəni əlaqələrin qoruyub saxlanılmasında mühüm rolu var. Azərbaycanın uzun tarixini sübut edən tarixi və mədəniyyət abidələri var. Burada qalalar və qüllələr, möhtəşəm memarlıq abidələri - kilsələr, məscidlər, məqbərələr, saraylar, karvansaralar və digər qədim və orta əsr şəhərlərinin istehkam qalıqları var.
Azərbaycanda dünyanın 11 iqlim qurşağından 9-u mövcuddur. Azərbaycanın iqliminə əsas onun coğrafi mövqeyi və Xəzər dənizi təsir göstərir. Azərbaycan həmçinin neft və qaz yataqları ilə zəngindir. Qafqaz dağlarında dəmir filizi, titan, qızıl, gümüş, mis, kobalt, xromit, qiymətli metallar, molibden və digər təbii elementləri yataqları mövcuddur. Qeyri-metal yataqlarından başqa bentonit, əhəng daşı, travertin, mərmər, gips, və kvars qumunu göstərmək olar.
 
Copyright © 2016 Azrosprominvest! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır