Bentonit metal - tökmə sənayesində qəlib üçün qatışıqların hazırlanmasında istifadə olunur. Bu məqsəd üçün topa bentonit gili və bentonit tozundan istifadə edirlər.
Daş Salahlı bentonitindən emal olunmuş bentonit tozu " Qəlib bentonit gili. Ümumi texniki şərt" DÜST 28177 -nin tələblərinə uyğundur və aşağıdakı keyfiyyət göstəricilərinə malikdir: Əsas göstəricilər | Ölçü vahidi | Miqdarı | | | P1Т1 | P2Т1 | Sıxılmaya davamlılıq həddi, ən azı | Кqс/Sm2 | 0,95-1,1 | 0,95-1,1 | Nəmlik yığılan zonada qırılmaya davamlılıq həddi | Кqс/Sm2 | 0,03 | 0,024 | Termiki dayanıqlığı | Dəfə | 0,8 | 0,8 | Montmorilonitin kütlədə miqdarı, ən azı | % | 85,0 | 85,0 | Nəmliyin kütlədə miqdarı | % | 7-8 | 7-8 | Ölçüyə görə ələkdə qalıq, ən çoxu 0,4 мм 0,16 мм | % % | 3 10 | 7-8 |
Qəliblə metal - tökmə sənayesi üçün Daş Salahlı bentonitindən istifadə edən alıcı təşkilatlar aşağıdakılardır: "Bobruysk maşınqayırma zavodu" ASC, "Minsk istilik avadanlıqları zavodu" ASC, "Qlenoqorsk mexaniki zavodu" ASC, "Tekstilmaş" ASC, "Qomel metal - tökmə zavodu "Sentrolit" Respublika Unitar Müəssisəsi, "Qomel kənd təsərrüfatı maşınqayırma zavodu "Qomselmaş" RUM, "Polesyselektromaş" RUM, "Uralvaqonzavod" SB FDUM, "Mogilyovliftmaş" zavodu RUM.
"AzRosPromİnvest" birgə müəssisəsinin məhsul istehsalı üzrə texnologiyası patentlə müdafiə olunur. Bentonit gil tozu MKR - 1 tipli 950 kq -lıq yumşaq koteynerlərə qablaşdırılır. Bentonit tozu yarımvaqonlara yüklənib, ADDY -nun Qazax stansiyasından yola salınır. |