Kənd təsərrüfatında bentonit torpaq qatının meliorasiyasında istifadə edilir. Qumluluğu az olan (2% -dən az) yüksək keyfiyyətli təbi bentonit gilindən emal olunmuş bentonit tozu adsorbsiya etmək xüssusiyətinə malik olduğu üçün torpaqdan müxtəlif zərərli qatışıqları, boya piqmentlərini, qətranları, neft emalı məhsullarını, bitgi və heyvan mənşəli yağların, koks - kimya məhsullarını, sünii maye yanacaqlarını, sintetik maye materiallarını özündə toplayır. "AzRosPromİnvest" birgə müəssisəsinin məhsul istehsalı üzrə texnologiyası patentlə müdafiə olunur. Bentonit gil tozu MKR - 1 tipli 950 kq -lıq yumşaq koteynerlərə qablaşdırılır. Bentonit tozu yarımvaqonlara yüklənib, ADDY -nun Qazax stansiyasından yola salınır. |