MÜƏSSİSƏ HAQQINDA
MƏHSULLAR
XƏBƏRLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQQINDA
AZE | РУС | ENG
MƏHSULLAR/Pişik tualetində doldurucu material kimi istifadə olunan bentonit/
Bentonit pişik tualetlərinin hazırlanmasında doldurucu material kimi istifadə olunur.

Təbii bentonit yüksək dərəcədə adsorbsiyaedici və su saxlamaq qabiliyyətinə malikdir.

Bentonitin bu qabiliyyətindən effektliv surətdə evdə heyvanların saxlanması zamanı təmizliyə rayət olunmasında, pişiklərin də həmiçinin özlərini təbiətdəki kimi hiss etməsi probleminin həll edilməsində istifadə olunur.

Natural, ekoloji təmiz bentonit gilinin pişik tualetlərində doldurucu material kimi istifadə olunması üçün aşağıdakı üstün cəhətləri var:

- Pişiklərin bu tualetlərə öyrədilməsi lazım gəlmir;

- Doldurucu material həmişə təmiz qalır ( hər gün yalnız əmələ gəlmiş topa hissəni atmaq lazımdır);

- Belə məhsul iqtisadi cəhətdən də sərfəlidir, özündə çoxlu miqdarda nəmlik saxlayır, pis iyini yox edərək, möhkəm topa əmələ gətirir;

- Məhsul yüksək temperaturda emal olunduğundan, təsadüfü toxunmalar insan və heyvanlar üçün təhlükəli deyil ( ələ yapışmır, yaralamır və tozlanmır).

Pişik üçün tualetlərin hazırlanmasında doldurucu kimi istifadə üçün bentonit tozunu alan ən böyük müəssisə «Lidinq»MMC -dir.

"AzRosPromİnvest" birgə müəssisəsinin məhsul istehsalı üzrə texnologiyası patentlə müdafiə olunur.

Bentonit gil tozu MKR - 1 tipli 950 kq -lıq yumşaq koteynerlərə qablaşdırılır.

Bentonit tozu yarımvaqonlara yüklənib, ADDY -nun Qazax stansiyasından yola salınır.

Copyright © 2016 Azrosprominvest! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır