MÜƏSSİSƏ HAQQINDA
MƏHSULLAR
XƏBƏRLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQQINDA
AZE | РУС | ENG
MƏHSULLAR/Heyvandarlıqda yemə qatmaq üçün bentonit/
Heyvandarlıqda Bentonit müxtəlif nəmli kəpək və qranul, kombinə edilmiş yem qatışıqlarının hazırlanmasında istifadə edilir.

Bentonit heyvan və quşların həzm prosesinə müsbət təsir göstərir, onlarda olan alkoidlərin, mikrob hüceyrələrinin və zəhərlərinin zərərsizləşdirilməsinə kömək edir, onların tez dirçəlməsini sürətləndirir. Heyvanların yemlərinə bentonit qatılması onların tez böyüməsinə və sağlamlıqlarına kömək edir. Belə ki, bentonit qiymətli polimineraldır, tərkibində həyat üçün əhəmiyyətli mikroelementlər var.

Elmi tədqiqatlar nəticəsində sübut edilmişdir ki, yemə bentonit əlavə etməklə süd sağımı və onun yağlılığı artır, iribuynuzlu mal - qaranın ətinin daha da dadlı və keyfiyyətli olmasına təsir edir, donuzların tez kökəlməsinə səbəb olur, toyuqlar daha çox yumurta verir, qoyunların diri çəkisi və yunu artır, ümumiyyətlə onların qanlarının biokimyəvi tərkibi dəyişir, əsasən də qanda kalsium, maqnezium və qeyri - üzvü fosforun miqdarı artır.

"AzRosPromİnvest" birgə müəssisəsinin məhsul istehsalı üzrə texnologiyası patentlə müdafiə olunur.

Bentonit gil tozu MKR - 1 tipli 950 kq -lıq yumşaq koteynerlərə qablaşdırılır.

Bentonit tozu yarımvaqonlara yüklənib, ADDY -nun Qazax stansiyasından yola salınır.

Copyright © 2016 Azrosprominvest! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır