MÜƏSSİSƏ HAQQINDA
MƏHSULLAR
XƏBƏRLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQQINDA
AZE | РУС | ENG
Daş Salahlı bentonit gil mədəni/
   «АzRPİ» BM Unikal Daş Salahlı bentonit gili yatağında bentonit gilinin çıxarılması və onun emal edilməsi üçün lisenziyaya malikdir. Yatağın sənaye ehtiyatı 86 miln. tondur.

   Daş Salahlı bentonit gili yatağı Azərbaycan Respublikası Qazax Rayonu Daş Salahlı kəndində yerləşir.Bu yataq dünyada ən yüksək keyfiyyətli, təbii - natriumlu yataqlardan biridir. Burada bentonit gili bir laydan ibarətdir, daxildə heç bir boş süxurdan ibarət ara qatı yoxdur.

   Yataq kontinental göllər şəraitidə yaranmış çökmə tipli yataqlara aiddir.Bentonit yatağı əsasən montmorillonitdən və hidro sludalı - montmorillonitdən ibarət olub qalınlığı 15 - 150 m arasında dəyişir.

   Layın sahəsi dağ ayırması daxilində 3 km2 -dir.

   Yatağın istismarına 1971 -ci ildən başlanılıb.

   Yataqdakı bentonit gilinin kimyəvi tərkibi aşağıdakı cədvəldə göstərilir:

 

 

   Daş Salahlı yatağından çıxarılan bentonit gilində montmorillonitin miqdarı 85 % -dən çoxdur, dəyişən kation kompleksində natrium və maqnezium üstünlük təşkil edir.

   Dəyişən kationların tərkibi orta hesabla 92 - 98 mq - ekv / 100q təşkil edir.

   Bütün yataq üzrə mineralın tərkib və dəyişən kation kompleksi eyni olduğu üçün keyfiyyət göstəricilərinin dəyişməsi hallarına rast gəlinmir.

   Yataqda istismar kəşfiyyat işlərinin əsasında geoloji - xəritələmə aparılıb, model qurulub. Ona görə istənilən keyfiyyətdə, seçimlə xammal çıxartmaq üçün bütün imkanlar var.

Copyright © 2016 Azrosprominvest! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır